Anda di halaman 1dari 1

Azərbaycan Respublikası “Qırmızı Kitab”ı

Azərbaycan Respublikası «Qırmızı Kitab»ı nadir və nəsli kəsilmək təhlükəsi olan


vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət
sənədidir. O, Respublikanın bütün ərazisində, o cümlədən Xəzər dənizinin
(gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda heyvan və bitki
növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları
özündə əks etdirir.

Mövcud «Qırmızı Kitab» 6 hissədən ibarətdir və özündə nadir və nəsli kəsilmək


təhlükəsi olan 14 məməli növü, 36 quş növü, 5 balıq növü, 13 amfibi və reptili növü, 40 həşərat növü
və 140 bitki növü haqda məlumatı əks etdirir.

Respublika "Qırmızı Kitab”ına fauna və flora növləri 2 kateqoriya üzrə daxil edilmişdir:

- Yoxa çıxmaq təhlükəsi olan;


- Nadir növlər.

Birinci kateqoriyaya bir sıra mənfi amillərin təsiri nəticəsində (tələf olması və yaşadığı yerlərin
dağıdılması) sayı və arealı əhəmiyyətli dərəcədə azalan və böhran səviyyəsinə çatan növlər daxildir.
Sayı azalmağa doğru meyl edən və kiçik sahələrdə rast gəlinənən növlər isə nadir növlərə aiddir. Az
öyrənilmiş, təbiətdə sayı və ehtiyatları haqqında lazımı məlumat olmayan, onların mühafizəsinin
təşkili işində müəyyən çətinliklər törədən heyvan və bitki növləri də nadir növlər hesab olunur.
Qanunvericiliyə əsasən Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın hər 10 ildən bir çap olunması
nəzərdə tutulmuşdur. “Qırmızı Kitab”ın I nəşri 1989-cu ildə həyata keçirilmiş, və bu kitabın yeni II
nəşrinin aparılması zərurəti yaranmışdır.

Azərbaycan Respublikası Prezidentinin 24 mart 2006-cı il 1368 №-li Sərəncamı ilə “Azərbaycan
Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və
Fəaliyyət Planı” təsdiq edilmiş, onun 1.1.3-cü bəndində 2009-cu ildə “Qırmızı Kitab”ın II nəşri
nəzərdə tutulmuşdur. Bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2006-cı il 12 aprel tarixli
189/Ü nömrəli əmri ilə elmi təşkilatların nümayəndələrinin iştirakı ilə Redaksiya Heyəti yaradılmışdır.

Hazırda Milli Elmlər Akademiyasının müvafiq institutları ilə birgə Ekologiya və Təbii Sərvətlər
Nazirliyi tərəfindən “Qırmızı Kitab”ın II nəşrinin hazırlanması istiqamətində müvaviq tədbirlər həyata
keçirilir.

Anda mungkin juga menyukai